Taxma adlar!

اسم مستعار

 

Komunikasyon aləmində, xususən internet dünyasında, insanlar nədən taxma addan istifadə edirlər? Taxma adı seçməkdən hədəf nədir? Niyə bəs biz insanlar öz əsl adımızı işlətmirik? Suvallar olduqca ayındır. Lakin, sorlularin tək bir cavabı yoxdur. Fakt budur ki, taxma addan istifadə edənlərin sayi olduqca həm çoxdur və həm də eyni halda muxtəlifdir. Yəni ki, insanlar muxtəlif amaclar üçün taxma adı tərcih edərlər. Mən çalışacayam kı, bu qıssa yazıda soruların cavablarını aşağıdaki kimi sinifləndirim:

Milli şüurlu insanlar
Bu insanlar ona görə taxma ad işlədirlər ki, doğma və milli adların özü də bir milli höviyyətin və milli şüurun göstərgəsidir. Bu səbəbdən milli şüurlu insanlar özlərinə əsl milli adlar seçib istifadə etməklə milli şüura sahib olduqlarini görsədirlər.

İncəsənət adamlari
Bu tip insanlar öz sənətləri ilə tanınmaq üçün özlərinə taxma ad seçərlər.

Siyasətçilər
Siyası partiya yanlı faaliyyətləri və əmniyyət mulahizələri üçün bu tip insanlar ehtiyat gərəyi olaraq taxma ad ilə çıxış edərlər

Məzmunçular
Bir çox adamlar qısqançılıqdan ötəri sözə deyil, kimin tərəfindən deyldiyinə əhəmiyyət verərlər. Ona görə bu tip adamlara qarşı yalnız məzmunu düşünən insanlar özlərinə ara-sıra taxma ad seçərlər ki, şəxsı iz biraxmasınlar.

Rəsmi adlara qarşı olanlar
Bu tip insanlar totalitar və qeyri-milli rejimlərin anti-milli siyasətlərinə qarşı milli adlara daha üstünlük verərlər.

Təxribatçılar
Bu tip adamlar məqsədyönlü olaraq özlərinə taxma ad seçərlər. Milli görüş və toplantılara nufuz edib təxribat törədərlər.

Hədəfsızlər
Bu tip adamların taxma adlar seçməkdən hədəfləri naməlumdur. Bunlar boş gəzərlər, boş dolanarlar. Vaxtlarına hakim deyirlər. Həyatda hədəflərini bilməzlər. Dəvamlı mırt edərlər.

İnternet ovçuları
Bu tip adamlar internet ovuna çıxdıqlarını zənn edərlər. Yalnız şəxsı ehtiras və marağlarını düşünərlər.

 

Kərim Urmulu

www.azeri.dk