Birlik, bütövlük, bayraq və istiqlal...
Kərim Azəri
Güney Azərbaycan şəhərlərində güclü milli hərəkat gedir. İran hakimiyyətinə qarşi etirazlar və narazılıqlar mili karakter kəsb edibdir, və bu da əlbətdə təbii bir haldır. Və ən önəmlisi isə odur ki, bu hərəkat getdikcə kütləviləşir. Bu o deməkdir ki, bu hərəkatin qarşısını artıq heç bir quvvə alabilmiyəcək.
Bu, məsələnin bir üzüdür. Lakin cərəyanda olan milli hərəkatı dünya ictimaiyyətinə çatdırmaq isə başqa məsələdir. Biz yaxşı bilirik ki, heç bir xaricı quvvə bizə dəstək vermir. Bu o demekdir ki, dünyaya səslənmək üçün öz gücümüzə arxalanmaliyiq.
Milli hərəkatı düzgün istiqamətdə aparmaq və istədiyi hədəflərə doğru yönəltmək hər şeydən öncə cəmiyyətin aydın kəsiminin vəzifəsidir. Bu istiqamətdə milli aydınlarımızın mubarizələri təqdirə layiqdir. Lakin Bayraq məsələsınə gəldikdə bizim bəzi milli aydinlar bilmiyərəkdən yanlışlıqlara yol verirlər. Onlar quzey Azərbaycan cumhuriyyətinin bayrağını qaldırmaqla bilmədən milli kütləvı hərəkata ziyan vururlar.
Azərbaycan cumhuriyyəti bizim doğma ölkəmizdir. Biz onun varlığını heç zaman danabilmərik. Başqa sözlə desək, quzey Azərbaycan biz güneylılərın ayrı düşmüş qardaşıdır. Və qardaş qardaşla bir olmalıdır nəhayətdə. Bu əlbətdə təkcə bir ideal deyildir və gələcəyin də gerçəyidir. Amma bu acı gerçək də var ki, birlik həmişə asanlıqla əldə edilmir. Birlik şüarı verməklə birlik yaranmır. Bəs neyləmək lazimdir?: Politika işlətmək.
Güneydə cərəyanda olan bəzı mitinqlərdə və eləcədə xarıcdə güneyin haq səsiniı dünya ictimaiyyətinə çatdırmaq prosesində quzey Azərbaycan bayrağını qaldırmaq bir neçə cəhətdən heç də düzgün təşəbbus deyildir. Mən bunu izah etməyə çalışacam.
Son yüz ildə olmazın zülmlərə məruz qalan güney azərbaycan millətinin milli mubarizələrdən hədəfi şüphəsiz ki, istiqlaldir. Milli istiqlal. Bu muqəddəs amalı gərçəkləşdirmək üçün milli birlik ən önmlı amillərdən biri sayilir. Başda milli təşkilatların istiqlal uğrunda həmrəylikləri vacib və gərəklidir. Bu içbirliyi olmadan istiqlal amalına çatmaq qeyrı-mümkündür.
Parçalanmış quzeylə güneyin birlləşməsını kimsə arzu etməyəbilməz. Lakin real dünyanın gərçəklərı bu amala çatmağa birbaşa imkan vermir. Nəticədə dolayi yollarla hədəfə doğru şərayit yaratmaq lazimdir. Konkret olaraq belə də demək olar, və məncə ən doğrusu budurki, ilk əvvəl güney öz istiqlalını əldə etməlı, sonra isə birlik prosesi başlanmalıdır. Demək bütöv azərbaycan amalının gerçəkləşməsındə iki ümdə proses cərəyan edəcəkdir:
- İlk öncə güney öz istiqlalını qazanacaqdır.
- Və sonra isə bütövlük vəya iki azərbaycanın birlik prosesi başlanacaqdır.
Zatən güneyın milli istiqlala qovuşması birlik prosesinin əsas tərkib hissəsidir. Ona görə güneyin milli istiqlal prosesində birlik və bütövlük şüarı üzərində israr etmək və onu təşkilatlar-arası vahid cəbhənin yaranmasında şərt kimi qoymaq cəhalətdir və kör-köranə hərəkət etməkdir. Bunu kimsə danabiməz ki, iki azərbaycanın bir olması və bütölvəşməsı hər bir azərbaycanlının ürək arzusudur. Hətda bunu dilə gətirməsə belə. Bundan gözəl arzu nə olabilər ki. Bu arzu dillərdə olmasa da ürəklərdə həmişə alov kimi yaşir və yaşıyacaqdır.
Buna əsasən güneydə gedən milli hərəkatı və hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün quzeyin bayrağını əllərdə gəzdirmək yalniş bir tədbir və politikadir. Burda politikadan söhbət gedir, ideallardan yox. İdeal həmişə dəyişməz qalar, lakin politika günün tələbatına görə dəyışır. Və mənə elə gəlir ki, bizim bir çox aydınımız bu iki məsənənı səhv salırlar.
Güneyin özünə məxsus bayrağı olmalıdir (əlbətdə bu bayraq hələlik bir bayraqdir. Bütövlüyə qovuşana qədər). Qaldı ki, güneyin öz bayrağının olması bütöv azərbaycan idealına nəinke qarşı deyil, bəlkə bütövləşməyə doğru atılan mühüm addımlardan biridir. Amma güneyin öz bayraqının olması bir çox cəhətdən vacıb və önəmlıdır. Bu haqda oturub düşünmək lazımdır. Amma hər halı-karda bayrağın dartışmaları bizi əslı hədəfimizdən yayindirmamalıdır. Və o əslı hədəf isə güneydə gedən milli hərəkatı dəstəkləmək, onun haqli səsını dünya ictimaiyyətinə çatdırmaq və milli birliyə doğru hərəkət etmək. Vəssəlam.
Yaşasın güney azərbaycan istiqlalı!

