Azərbaycan

5 ildən sonra!

Yazının başlığı əslində bəlkə belə olmalidi: Baki, 5 ilden sonra. Ona gorə ki, ölkə  əhalisinin texminən yarisi Bakida sakindir. Bütün maddi imkanlar Baki üçün sərf edilir. Başqa şəhər və kəndlərə dövlət qayğısı az olduğundan cəmmiyyət Bakida yaşamağı tərcih edirlər. Bunun isə aci nəticələrini indidən görmək belə mümkündür: işsizliğn artması, trafik fəlakəti, fəğir-fuqəranin çoxalması, kənd və kiçik şəhərləin Bakiya axını, hündür binaların günbəgün ucalib nəticətən Baki mənzərəsinin çirkinləşməsi və sayirıə. Birinci dəfə, Bakiya ayaq basan hər kəs birbaşa uç fenomena ilə üzləşir:

Həmişə arzusunda oluğum Bakiya 2000-ci ildə qovuşdum. Bu mənim ilk səfərim idi, vətənın yuxari hissəsinə gəlişim. Avrupa şəhərlərinə alışib yaşasam belə Bakinin və onun mədəni həyati məni heyran qoymuşdu. Bir çox sahələrdə Avrupani belə geridə qoyan Baki mənim iftixar hissimi oyadabilmişdi. Bu təcrubəmə uşaq kimi sevinmişdim. Və həmişə də sevinirəm ve iftixar edirəmki, bir Azərbaycanlıyam. Azərbaycanın hər bucağı mənim üçün əzizdir. Yaxşı və pisilə vətənən hər nəyini mən doğma görürəm. Və başqa cür də olabimləz. Və ona görə də vətənı abad və azad görmək həyatımın arzusudur. Bir təkcə mən deyiləm, amma Azərbaycanın inkişaf və tərrəqisini görüb yaşamaq hər azərbaycanlının ürək arzusudur.

Azərbaycana birinci səfərimdə diqqətimi cəlb edən ən əvvəl küçə və məhəllələrin zibillərlə dolu olması idi. Bu ilki səfərimdə şəhərin mərkəzindən uzaqlaşdiqca yenə zibil məsələsi sabiqdəki kimi durur. Şəhərin təmizliyinə baxan yox. Buna nə dövlət iqdam edir nə də millətin özü. Taun təhlukəsi zehnidə yaranmağa başlayir. Allah qorusun. Mənə elə gəlirki, bu xalq savaşda ölməsə taundan öləcək. Yenə də Allah qorusun! 

Azərbaycanın inkişafına maneə ancaq torpaqların ermənilər tərəfindən işğalıdır. Mən bu inancdayamki, torpaqlarımız azad edilən zaman məmləkətimiz suretlə inkişafa üz tutacaq. Bu mənada bütün xalqı Qarabağn qurtuluşuna səfərbər etmək hakimiyyətin birinci vəzifəsidir. Lakin ölkədə gedən proseslər heç də arzu edilən deyil. Sovet dövründən qalan pis xasiyyətlər məmləkəti uçuruma aparır. Ruşvətxurluq və koropsiya baş alib gedir. Bu irənc xasiyyət vətənimizin sərhəd qapilarindan başlayib mərkəzə doğru hər yerdə hükmfərmadi. Məsəlçün bu il onminlərlə cənublu soydaşimiz bayram tətilatini keçirmək üçün Bakiya axın etmişlər. Onlarin bir neçəsi ilə söhbət zamanı öyrəndimki, sərhəd qapıçilarimiz istisnasiz hərkəsdən ayin-şayin ruşvət tətəb etmişlər. Elm ocaqları və təhsil məkanlarında da, nə yazıqki, koropsiya birinci kurs şagirdindən tutmuş ta universitet ustadina qədər adi bir haldir. Day bundan artiq deməyə nə hacət!

Hakimiyyət bağıraraq deyirki, hərb sursatlarının budcəsi ilbəil artir. "Qarabağı azad etmeyə artiq qadirdi." Mən amma,  ikincisinə inanmaqda çətinlik çəkirəm. Səfərbərlik hərbi sahədə gedirsə kütlə səviyyəsində heç cürə səfərbərlik görünmür. Özəl və dövlətə bağlı olan medyamız hələ də rus istilasi altindadi. Rusun kültür və dili prestij kimi alinir. 5 il bundan qabağa nisbətən rus dilinə rəğbət biraz azalsa da rus dili adi bir "doğma" dil kimi danişililr. Şəhər gəzintilərimin birində bir uşaq yaradıcılq məkanina təsadufən uğradim. Otaqların birində 7-8  yaşlarında 5-6 uşağı ətrafına toplamış rəsm dərsi öyrədən məəllimə uşaqlarla rus dilində danişirdi. Bunun səbəbini soruşdum. O, uşaqların bəziləri rusdur deyirdi. Lakin uşaqlarin hamisi göz—qaşları və saçları şəvə kimi qaraidi. Çaşbaş qaldim! Həmən məkanda uşaqların rəsmərindən ibarət sərgi açılmışdi. Yüzə yaxın muxtəlif rəsmlərdən yalnız bir rəsm Qarabaqı predmet etmişdi.     

Əfsuski, "Azərbaycan Baki şəhərindən ibarətdir!" Bakidan başqa obiri şəhər və kəndərə dövlət tərəfindən qayğı yoxdur. Ona görə Bakiya cəmmiyyətin axını təbii hal alibdir. Bu məsələnin aqibəti qorxunc olabilər. Bunun nəticələrini indidən görmək belə mümkündür. Kiçik şəhər və rayonlar və eləcədə kəndlərimiz günbəgün xarabalaşir və əhalidən boşalir. Əksinə, Baki günbəgün "şişir"! Trafik probleminə gəlincə. Maşinlarin sayi ilbəil artir və Baki küçə və xiyabanlarinin kapasiteti çoxdan bitmişdir. Belə gedərsə əhali 5 ildən sonra xiyabanlara girdiyi təqdirdə ağız, burun və qulaqlarını tixamalı olacaqlar. Bu vəziyyət belə gedərsə fəlakətin başverəcəyi labuddur.

Eynən 5 il bundan qabağda olduğu kimi, evlərin və binalarin xarici aspekti "tökülür". Bunu bir neçə cəhətdən yozmaq mümkündür: cəmmiyyətdə pul vəsayitinin olmaması vəya əhalinin biqanəliğı! Azərbaycan xalqının bir xoş xasiyyəti ondan ibarətdirki, evin içinə yaxşi baxarlar və onu saray kimi bəzəmək istərlər. Və öylə də var. Lakin ev və binaların xarici aspektinə baximsızlığı bir aci təzad yaradir. Şüphəsiz ev və binalarin xarici aspekti şəxsi mülkiyyətə ayid olduğu kimi, eyni halda kollektiv mülküyyətin təzahuru deməkdir. Bu mənada onlarin baxımsızlığı cəmmiyyətin kollektiv mülkiyyətə inansızlığından xəbər verir. Yozmaq gərəkirsə, belə nətizə çixarmaq da bəyid deyilki, son təhlildə, cəmmiyyət Qarabağın qurtuluşunu da öz kolletiv "problemi" kimi görməyəbilər. Və bu, torpaqların itirməsinə gətirib çixardar.

Göründüyü kimi umumi problemlər olduqca çoxdur. Dövlətin boynunda böyük vəzifələr durur. O, bunalri həll etməyə çalışir, lakin proseslər çox bətii yürüyür. əsas problemlər əl dəyməmiş qalir. Ocümlədən kropsiya epidemiyasinin yayilması. Özəlləşdirmə prosesinin mafiya əlinə keçməsı. Medyanın biqanəliğı. Qərb istehsal mallarinin məmləkət içinə sərbəst axını. Tayfabazlıq. Bütün imkanlar mərkəz üçün. Rəsmi dayirələrdə özbaşnalıq. İşçi və fonkisiyonerlərin kimsəyə hesab verməməsi və sayirə. Bu problemlərin başinda gələn qərb və rus bazar mədəniyyətinin cilvələrinin geniş təbliğidir. Bu son problemi yaradan və təbliğ edən özəl və rəsmi medyalarimizdir. Adı geden medyalarimizdan biri Lider telekanalidir. Bu telekanal təkcə qərb və rusun və eləcədə hindistanin mədəniyyətini təbliq etmir, bəlkə eyni zamanda azerbaycan mədəniyyətinin milli və doğma ünsürlərini məhv etməyə çalışir. Bir sözlə, bu telekanal düpədüz rus mədəniyyətini təbliq edir. Hər qeyrətli azərbaycanli təkcə bu soru ilə üzləşir: İran rejimi heç öz teritoriyasina ayid olmayan Türksat satelitinə şantaj edib GunAz-tv-ni bağladabilirsə, bəs nədən öz qulağı dibində, Hotbird-da, yayimlanan "Azeri" Lider-tv telekanalina əngəl olmur?! Məsələ çox aydindir: Lider-tv repertuari İran fars rejiminin hədəflərinə tam xidmət edən bir teleservisdir. Mən, bunun detayina girmək istəmirəm, lakin iddialarimin isbatini tapmaq istiyən bu telelanalin adi bir günlük yayin proqramlarina baxmağı kifayətdir.

Son olaraq bunu demək lazımdırki, Azərbaycan cümhuriyyəti doğru inkişafa layiq və əlverişli bir ölkədir. Azərbaycan dövləti və eləcədə Azərbaycan xalqı qəsb olmuş torpaqlarını azad etməyə və həmçinin məmləkətin iqtisasiyyatini dirçəltməyə qadirdir, lakin bu hədəflərə nail olmaq üçün dövlət strukturlarinda əsasli islahat aparilmalidir. Pul, qohum və tanişlıq əvəzinə qanun və huquq normlari hökm sürməlidir. Xarici sərməyənin məmləkətə axını ancaq mafiya və koropsiyanin aradan qaldirilmasi ilə mümkündür. Milli inkişaf mentalitetini heyata keçirmək üçün ilk başdan bütün təhsil ocaqlarinda və eləcə də medyalarda köklü reformlar olmalidirdir. Şüphəsiz bu,  danilmaz bir həqiqətdirki, inkişaf və tərrəqi məfkurə və mentalitetdən başlar və bu mentaliteti formalaşdirib təşkil edən isə elm və təhsil ocaqları və habelə medya orqanlaridir. Mən buna inaniramki, bu sahələrə diqqət edib öz qayğısını göstərən dövət, öz xalqının əsl numayəndəsir və o dövləti və xalqı heç bir gudrət yixabilməz.

Kərim Azəri