Gördüklərim və eşiddiklərim:
Səfeh suval!
سوال ابلهانه
Təxminən iki ay bundan qabaq Azərbaycanlı alim Ziya Sədr cənabları danimarkada İranli və Azərbaycanlılar üçün, "İranda federalizmin zərurəti" haqqında çox calib bir çıxış etdilər. Toplantiya, İran kökənlı muxtəlif etnik millətlərdən də adamlar qatılmışlar. Çox gözəl bir gecə idi. Toplantınn sonunda hərkəs öz marağlı sorularını verib və lazimi cavabları alimdən aldılar. Bu arada bir abtal "azərbaycanlı" belə bir suval verdi ki, "Niyə Atatürk türk dilini bozdu?!" Bu hadisə ilə bağlı izah vermək istəmirəm. Lakin burada bir neçə suvalin yeri var ki, sorulsun, o cümlədən:
Suval verən nə demək istəmiş?
Yuxarıdakı suvalın toplantı mövzusuna heç dəxli vardır yoxsa yox?
Ciddi söhbətlər zamanı hənadan (Məşədı İbad) söhbət etməyin heç yeridir?
Fars şövinizminin siyasətləri nəticəsində, İranda Azərbaycan dilinin farslaşdırılıb və bərbad vəziyyətə düşdüyü bir halda durub da Türk (Türkiyə) dili haqqında suval verməyin səlahiyyəti bizəmi qalmış?
Deyirlər ki, dünyada əsla səfeh suval yoxdur. Bu, duğrudan da belədir?
Doktur Ziya Sədr bu səfeh suvala niyə heç cavab da vermədı?
Səfəh suval vermək yaxşıdır, yoxsa heç suval verməmək?
Hər sözü və hər suvalı hər yerdə vəya hər zamanda dilə gətirmək düzmüdür?
Bu kimi səfeh suval verənlərin vəya səfeh danışanların cavabı, vaxtında verilməsə, sonumuz nə olacaq görəsən?
Atalarımızın "Danişmaq gümüşdürsə, susmaq qızıldır" atasözünün mənası nədir?
Hər yüksək təshil alan adam həmişə ağıllı olur, yoxsa ağlın təhsil ilə əlaqəsı yoxdur?
Öz millətinin təəssubunu çəkmiyən adama nə deyilir? . . . . . . . (boş qalan yerləri doldurun, lütfən)
Hansısa bir mövzu haqda kifayət qədər məlumatımız olmasa, o mövzu barədə danışmaq doğrudur yoxsa yox?
Bəzı, bizdən olub bizə bənzəmiyən "bizimkilər" niyə başqa millətlər qarşısında özlərini kiçik hesab edirlər?
Bu kimi hadisə ilə bağlı daha başqa hansı sorulari sormaq olar?
Müşahidəçı
Kərim Urmulu
Fevral 2010
Toplantının nitq mətnıni burda dinləyin: http://www.azeri.dk/radio/portal.html