Azərbaycan qızlarına öyüdlərim!
Öz xarici ərlərımzın Azərbaycana marağını necə oyadaq?
Azərbaycanlı ərkəklər hərhansısa bir xarıcı qızla evlənər-evlənməz onun dil və kültürünü dinməz-söyləməz öyrənərlər. Bu, çox gözəl bir hərəkətdı. Bəs azəri ərkək öz doğma dil və kültürünü öz xarıcı arvadı vəya sevgilisinə öyrədərmı? Mən bunu bilmirəm, amma hər halda bunu o ərkəkdən soruşmaq lazımdır,
Yuxarıdakı məntiqə görə bizim azəri qızlar da öz ərlərınə vəya sevgililərinə öz doğma dil və mədəniyyətini öyrədərlər. Bu gerçəkdən də böyləmidir? Mən güman elirəm ki, bunu Allahdan başqa kimsə biləbilməz. Amma xarıcı ərkəkələrlə ailə quran vəya ilişgidə olan azəri qızlara mənim bir nəsihətim var hər halda. Burdan sorasını ərkəklər oxumasın.
Sevgi və məhəbbət azaddir. Kimsə sevgiyə hədd qoyabilməz. Hər insan istədiyi hansisa başqa bir şəxslə məhəbbət əlaqəsı vəya ailə qurabilər. Mühüm olan odurki, iki tərəfin arasinda səmimi məhəbbət hökm sürsün, iki tərəflı sevgi və əlaqə olsun. Qoy olsun. Yerdə qalanı əfanədir. Buraya qədər mənim heç şüphəm yoxdur ki, azəri qizların sevgi və məhəbbəti ən səmimi məhəbbətlərdəndir. Lakin Ay mənim əziz azəri bacım, ayil və bil ki, sənin özünün öz doğma dilin və mədəniyyətin var. Sən ərının özünü və ona bağlı olan kültürünü sevdiyin qədər o da sənin özünü və mədəniyyətini sevməlidir, ən azından maraq görsətməlidir. Və bu marağa yalnız sən səbəb olmalısasn. Bildiyin kimi biz oğlanlar tənbəlik.
Ay mənim əziz və naiv azərı bacım, sevgili ərının "tənbəllik" ucundan sənın mənsub olduğun dil və kültürünə başlamamış marağı tükənir. Gənə də eybi yox. Barı sənin təkcə özünü sevsə yetər. Bu xarıcı ərkəklərın xasiyyətidi ki, yalnız öz kültürlərindən savay başqa kültürü heç görməzlər. Amma zaman gəlir və sən dünyaya gözəl balalar hedyə edirsən. Gözlərın aydın. Onların sayi daha da çox olsun. Atalı-analı böyüsünlər. Amin, ya rəbbil-aləmin!
Mənim sənə olan nəsihətim bundan ibarətdi ki, sən barı öz uşaqlarına öz doğma dilini öyrət. Necə kı, bu dili səna ata-anan öyrədib. Axı boşuna deməmişlər ANADİLİ. Sən öz gözəl balalarına ərinin dilini öyrədəcəksənsə o zaman o olacaq ATADİLİ. Və mən buna qah-qah çəkib acı-acı gülərəm.
Sevgili azəri bacım, mən sənlə açıq danışdım. Sənin ürəyinə toxundumsa bağışla mənı. Axı mən lap indicə damdan duşmuşəm. Dediyimi bilmirəm.