Mırt
Bu söz yalnız güney Azərbaycana aiddir. Doğrusun istəsəz bu sözün etimoloji mənasin etiraf edirəm ki, bilmirəm, lakin bunu yaxşı bilirəm ki, bu söz və onun arxasında duran məfhumu hərkəs və hətda mənim xannənəm də bilir. Yani heç olmasa onun nə demək oludğunu bilirik. Nə yazıq kı, bu sözdən quzey qardaş-bacılarımız məhrumdular.
Amma gəlin görək mırt nə deməkdı. Bir daha etiraf edim ki, mən bu sözün mənasını həqiqətən bilmirəm, lakin əməldə ona çox tuş gəlmişəm. Bu sözə siz yalnız güney azərbaycanın ərkək məclislərində rast gələbilərsiz. Mırtın bir çox mənası vardır o cümlədən zaraft, şuxluq, sərimə, dolaşma və sayirə. Amma kimsə bilmir ki, hansı məna mırtın əsl mənasıdı. Buun əlbətdə o qədər də əhəmiyyətə yoxdur. Möhüm olan odur ki, baxaq görək bu sözü işlədərkən vəya bu sözdən əmələ gələn hallar nə kimi keyfiyyətlərdı.
Təqribən həmən-həmən bütün güney azərbaycan ərkək məclislərində, və bəzən "bığlı qadınlar" məclislərində də mırta baş vuran olur. Dediyim kimi mırt bir məfhumdur. Ərkək məclısı başlanır. Və elə başlanışdan da mırt eləmək başlanır. Mırtın zamanı yoxdur. Mırt birincı danışıqlardan özünü görsədir. Mırt eləmək yanı məclısı zarafat-dolu sözlərlə qızışdırmaq. Onu da deyim ki, mırt eyni halda sirayət edici bir xuydı, bu məna da kı, bu keyfiyyət hamı məclıs əhlınə sirayət edir.
Mırt bəzən məclis əhlinin birisini ələ almaqla vəya biri obirisinə atmaca atmaqla başlanır. Vəyaxud birini qaralamaqla. Böyləcə mırt hər kəsin iştiraki ilə surət alib meydan qızışır. Elə kı, hər kəs sanki musabiqəyə qatılıb movzu vəya qarlanan şəxsın üzərinə "hucum" etməklə və məzəlı sözlər söyləməklə mırt eləmək başlanır. Bəzən də haqqında mırt edilən şəxsın məclisdə huzuru yoxdur. Amma hər halı-karda görünən odur ki, mırtın heç bir zərərı yoxdur. Demək olar ki, bütün güney azərbaycan məclisləri mırtsız keçmir. Mırt bu cəhətdən məclislərimizin olmasa-olmaz şərtlərindən biridir. Mırt işdən yorqun evə dönən insanlarımızın, məyişətin iqtisadı-ictimai problemlərindən təngə gələn ərkəkərimizin təskin verici dərmanıdı. Bir sözlə mırt bizim xalqın sığınacaq yeridir.
Mırtın amma başqa yanları da vardı. Və mən diyəbilərəm ki, mırtın bu yanı daha yayqındı, amma yüz heyf kı, çox da zərərlidi eyni halda. Mırt cəmiyyətdə olan pis xasiyyətlərı qeyrı-mustəqim olaraq pisləyir. Bu gözəldi, lakin bəzən mırt öz kültürümüzü hədəf tutur. Milli xasiyyətimizdənmi deyim, tərbiyədənmi deyim, amma biz güneylilər bir çox vaxtlar öz doğma dil, mədəniyyət, tərbiyə, tarix və sayir keyfiyyətlərimizi sirf mırt eləmək üçün təhqir edirik. Və eyni halda özümüzü də aldadaraq "mırt elirik də" deyib keçirirk. Amma mənə elə gəlir ki, öz mədəniyyətimizə imanimiz olsaydi belə ciddi şeyləri ələ alib mırt eləməzdik. Məncə bu ondan irəli gəlir ki, biz öz böyüklüyümüzə ürəkən inanmırıq. Öz kültürümüzü aşğılayaraq mırt obyektinə çeviririk. Farsların bizi təhqir etmələri bəs deyilmiş kimi biz özümüz də özümüzü mırt edərək aşağıda saxlırıq.
