mİzah

Mirt

Bu söz yalnız güney Azərbaycana aiddir. Doğrusun istəsəz bu sözün etimoloji mənasin etiraf edirəm ki, bilmirəm, lakin bunu yaxşı bilirəm ki, bu söz və onun arxasında duran məfhumu hərkəs və hətda mənim xannənəm də bilir. Yani heç olmasa onun nə demək oludğunu bilirik. Nə yazıq kı, bu sözdən quzey qardaş-bacılarımız məhrumdular...

Azərbaycan ərkəklərinə öyüdlərim.

Öz xarici arvadlarımızın Azərbaycana sevgisini necə qazanaq? Fars oğlanları xarici arvadlarına həmişə öz doğma dil və kültürlərini öyrədərlər. Bəs biz Azərbaycanlı oğlanlar nə edirik? Biz azərbaycanlı oğlanlar tərsinə öz xarıcı arvadlarımıza farsca öyrətməyə başlırıq! Heyrət!

Azərbaycan qızlarına öyüdlərim!

Öz xarici ərlərımzın Azərbaycana marağını necə oyadaq? Azərbaycanlı ərkəklər hərhansısa bir xarıcı qızla evlənər-evlənməz onun dil və kültürünü dinməz-söyləməz öyrənərlər. Bu, çox gözəl bir hərəkətdı. Bəs azəri ərkək öz doğma dil və kültürünü öz xarıcı arvadı vəya sevgilisinə öyrədərmı? Mən bunu bilmirəm, amma hər halda bunu o ərkəkdən soruşmaq lazımdır..