“Danışmaq gümüşdürsə, susmaq qızıldır”

Bizimkilər danişdıqlarıni bilməzlər

 

Dünən gecə Danimarkanin ikinci böyük şəhəri olan Arhus’da bir Azərbaycan musiqi aranjmani təşkil edilmişdı. Danimarkalilar üçün, amma giriş hərkəs üçün açıq idi. Getdim ora. Çox gözəl bir gecə idi. Təbrizdən gələn qarman sənətçımız Yəqub Esfəndi qonaqlar üçün azeri musiqilirindən ibarət çox gözəl parçalar çaldılar. Bir xeyli tamaşaçı gəlmişdı. Çox hərəkətlı və oynaq Azərbaycan musiqiləri hamini özünə cəlb etmışdı.

Danişmaq gümüşdür, susmaq qızıl


Birazdan fasilə elan oldundu və mən başqlari ilə bərabər taza hava almaq üçün bayira çıxdım. Özümünzünkülərin cərgəsinə qirdim. Hərkəs birbir ilə danışıb gülüşürdü və musiqidən alan hissilərni paylaşırdılar. Söhbət başqa movzulara da keçdı. Əynimdə dünəndən giydiyim Azərbaycan Güləş Federasyonun T-şerti varidi. Biri maraqlanıb soruşdu. Cavabinda dedim ki, dünən musabiqə varidi. Azərbaycan güləşçilərini danimarkada başlanan Dünya Güləş Çampinontında alqışlamaq üçün getmişdım. Söhbət güləş musabiqəsinə gəlincə cəmdə olan bir azərbaycanlı sözümü kəsib hamiya xətabən (bir-iki xanim da cəmdə var idi) “güləş pedofillərin sportudur” dedi və sözünü təkidlə bir neçə dəfə daha təkrar etdı...

Bizimkilər danışdıqlarını bilməzlər. Ağıllarına gələnı deyərlər. Dedikərinə isə fikir verməzlər. Deyirəm axı, a kişi, bu nə sözdü deyirsən. Özün bir otur düşün gör nə deyirsən! Bu da sözdü danışırsan!? Axı nə olsun. Sirf danışmaq deyə hər cəfəng sözü hər yerdə deməzlər. Hər sözün öz yeri, öz məqami var. Sözü söz xətrinə dilə gətirməzlər axı. Hər sözdə bir məna və məfhum olmalıdır. Hətda mırt deyilən zarafat sözləri belə hesabsız-kitabsız deyilməz.

Bizimkilərdən bəziləri hansısa bir movzuda söhbət düşəndə hər nə bildiklərini dərhal dilə gətirmək istərlər. Yerinə və duruma fikir verməzlər. Ancaq bildiklərini bir təhər tez-gec demələrinə can atırlar. Boş-boş danışıqlar. Cəfəng-cəfəng sözlər. Içi-boş söhbətlər. Cəncal yaradacaq bəhslər. Axı nə olsun!? Bu kimi eybəcər sözlərdən onlar nə məqsədi güdürlər? Niyə belə sefeh-sefeh danışarlar? Heyf ki, bu kimi pis xasiyyətlər epidemiya kimi hər tərəfə yayilib.

Dilimizdə əsasən ağıl (beyin) deyilən quvvənin iki anlamı vardır. Ötəri ağıl və düşüncə məqsədi ilə işlədilən ağıl. Ötərı ağıl gündəlik məişət və həyatımızda beyinmizə vəya ağlımıza seyrək şəkildə, iradı vəya qeyri-iradı gələn hissilər və fikirlər axını deməkdir. Bunun başqa adı hafizədir(yaddaş). Ağlın ikinci və əsas anlamı isə düşüncə (təfəkkür) bölümüdür. Bu quvvə ilə insanoğlu ötəri vəya hafizəsinə gələrn fikir və hisslərin üzərində əmməlicə düşünür və nəticəsini dilə gətirir vəya bir təhər ifadə edir. Bu əməl iradəyə bağlıdır.

Bizimkilər ağlın fonksyonundan olduqca az istifadə edərlər. Özlərinə zəhmət verib ağlın bu ikinci quvvəsindən (düşüncə) bəhrələnməzlər. Bu, tənbləllikdən irəli gəlir yoxsa başqa məsələdən bu barədə uzun-uzadı danışmaq olar. Amma bu qədər var ki, bir çox hallarda bizimkilər sözü fəqət söz xətrinə danışarlar. Mənaya fikir verməzlər. Danışılan sözün nəticə və təsirinə baxmazlar. Nəyə görə? Ona görə kı, özlərni mətrə etsinlər, vəssəlam. Yəni eqoizm.

Kərim Azəri
Sentyabr 2009