Qərbın ve rusun zibilqabı!

Azərbaycan medyası bugün ne durumda?

Medya vasitələri şüphəsiz hər ölkənin aynasıdır. Yaxşı-pis hərnəsə məmləkətde başverən hadisələr, xalqın həyattərzı və ən önəmlısı milli-mənəvı dəyərlər o cümlədən bədii-sənət əsərlərı, , öz əksini medyada tapar. Digər tərəfdən, bir ölkə öz istiqlalını və maddı-mənəvı dəyərlərını qorumaq üçün bu dəyərlərı zaman-zaman ve ardıcıllıqla kütləvı medya vasitələrilə geniş xalqa yayımlayaraq xatırlamağa çalışar. Bu, hər hansısa mədəniyyətin inkişafının komunikasiyon qanunudur. Bu qanuna əməl etməyen millətlər geri qalmalari labuddur və nəticətən yadellərin müstəmləkəsı halına düşərlər. Indi, baxaq görək bizim Azerbaycan cümhuriyyətimizin medyasi nə vəziyyətdedir?!  

Bildiyimiz kimi Azərbaycan torpaqlarının 4-de biri hənuz işğal aldındadır. Bir milyon qaçqının vəziyyəti hərkəsə məlum. Məmləkət iqtisadiyyati bərbad vəziyyətdə. Ruşvətxorluq baş alib gedir. Ictimaiyyətde məddahliq ve yaltaqliq bir epidemi halı almış. Qərbin, İranın və rusun medyasi Azerbaycan ictimaiyyətini hər saat bombalamaqda dəvam edir. Azerbaycan xalqı qərbin kültür hucumu qarşısında pasiv durumda. Bir yanda da ayrı millətlər bizim mənəvi irsimizə yiyələnib özlərinkiləşdirirlər. Hələ bu harasıdı. Ən acınacaqlısı isə budurkı, vətəndən kənarda qurbətde yaşayan milyonluq diasporamız öz kültür dəyərlərını ya tanımır yada bunalrı onalra tanıtan yox. Biri çixib demirki, öz dəyərlərını bilməyən kəs necə o dəyərlərə sahab çıxsın? Milləti qınıyana Allah nəhlət eləsın. Məllətin nə günahı varkı, öz milli dəyərlərini tanımır. Bu dəyərlərı tanıtan orqanlar ancaq və ancaq milli medyalar olmalıdır. Və bu modern gerçəyi də bilmək lazimdirki, ilk öncə medya meydanında üstünlük qazanabilməyən bir millət çətinki, savaş meydaninda üstünlük qazanabilsin.

Yarıhərb-yarisulh vəziyyətdə olan bir məmləkətdə “bu özəl kanaldır vəya dövlət kanalıdır”, deyə söhbət gedəbilməz. Hər kəs və hər medya hər zaman torpaqlarını geri almağa hazır olmalıdır. Yuxarıda söylədiyim kimi, öz milli dəyərlərini bilməyen xalq onları necə və nətəhər qorumağı da biləbilməz. Milli dəyərlərin yayilmasi və tanıtımı (musiqi, dil, tarix, mədəniyyət vs.) geniş miqyasda və etgili olaraq medya vasitələrinin vəzifəsidir. Bu vəzifəni halı-hazırda Azerbaycan medyası necə yerinə yetirir?! Bu kanallardan biri Lider-tv kalanıdir.

Lider-tv televiziyonu bir neçə peyk yönlərindən 24 saat yayimlanir. Zahirdə Azerbaycanın özəl kanalıdır, amma eslində Azerbaycanda iqtidarda olan hakimiyyəti açıq-açığına təbliq edir. Buna bizim heç sözümüz yox. Axi, xaricdə yaşayan bizlər üçün iqtidar-muxalifətin məfhumu olmamalıdır. Bizimçün, əslində məmləkətin bütövlüyü hər şeydən önəmlidir. Lider-tv biz qurbətçilər üçün Azerbaycana açilan pəncərədir. Biz bu pəncərədən Azerbaycanı görəbilərik. Dərdini paylaşıb fərəhinə şad olabilərik. Və nəhayət bu və bunlar kimi bir çox kanallarımızda öz doğma dəyərlərimizi öyrənib qoruyabilərik. Amma nə yazıqkı, Lider-tv kanalından Azerbaycana baxdiqda heç nə görəbilmirik, illa Amerikanin, rusun, fransanın və xulasə qəbrin zir-zibillərin. Sizi inandirim ki, bu sözdə Azerbaycan kanalında Azerbaycandan əsər-əlamət yoxdur: qərbin və rusun filmləri dal-badal ekranda, hələ bunlara hindustan filmlərini də əlavə etdəbilərsiniz. Ekranada olan sənədli filmlər isə yenədə qərbinkilərdir. Düşük keyfiyyətlı seriyallar hamisi genə qərbinki. Teatromuzdan xəbər yox. Uşaqlar üçün proqramlar rus dilində. Bu kanal başdan-başa rus dil və kültürünün təbliğat maşınıdır. İnanmirsizsa baxabilərsiniz. Bu saydıqlarım hələ bir tərəfdə dursun.

Kültürümüzün ən önəmlı ünsürü olan musiqimizə gəlincə: sizi inandirimki, tam faktla bu kanalda bir il ərzində vur-tut  sadəcə bir-iki saat milli musiqimizə yer verilir. Taze odaki, öncədən tamaşaçıya bildirilmir. Ən ciddi bölümü olan xəbərlər yayinlarinda isə birilərini pisləmək üçün düşük küçə-bazar söyüşlərı belə işlədilir, redaksiya tərəfəndən. Tamaşaçıya belə gəlirki,  bu kanali idarə edənlər sadəcə öz şəxsı maraqlarını vəya ərbablarının maraqlarını qorumaq üçün hər cinayətə hazırdılar.

Sadəcə yalnız 24 saat (bunların deyişilə: bir sutqa) bu kanala baxsanız asanlıqla bu nəticəyə gələbilərsinizki, bu kanal yalnız və yalnız rusofillərin kanalıdır və Azerbaycanın milli və hətda xalq maraqlarilə daban-dabana ziddir. Və başqa deyişlə bunlar ermənilərdən daha irəncdilər. Və hətda deyəbilərem ki, bunlar ermənidən daha bətərdilər, niyə ki, ermənilər xaricdən gəlib torpaqlarımızı işğal edibsə, insanlarımızı qətliam edibsə, bunlar tərsinə olaraq içəridən milləti satmağa başlayiblar. Mən şəxsən heç millətdə lider-tv kimi satqin və irənc kanal görmədim. Bu qədər qərbə düşgünlük və öz doğma kültürünə xor baxmağın başqa analoqu kainatın heç bir yerində tapilmayib. Allah sənə nəhlət eləsin millətsatqını!