Üç qadın hikayəsı!

Fəsillərdən bahar faslıdı. Hava çox gözəl və issidi. Hər yerdə həyat nəşəsı var. Bayırda günəş təmənnasız saçaqlarını hər yerə səpməqdədı. Bu gözəl bahar çağında qırmızı kərpiçlı ucsuz-bucaqsız xəstəxanın hansısa bir gözündə Ağabəyim xanim ağrəngli yataqda uzanıbdır. O, ömrünün 75 baharını yaşasa da, həna qoymuş saçları hələ də öz gözəl təravətını itirməmişdır. İssı gönəş şuaları otaqın geniş pəncərəsindən bol-bol içəri girib duvarları öz qızıl rənglər ilə bəzəyibdır. Həqiqətən də təbiət ən böyük rəssam olsun gərək. Hətda otağın içərisində belə təbiətın gözəlliyini doya-doya hiss etmək olur.

Üç qadin hikayəsi

Lakin bu gözəllikdən əfsus kı, Ağabəyim xanım ləzzət alabilmir. O ağrılar içərisində için-için ağlayır və gözlərıını nisgil-nisgil uzaqlara dikmişdı. Başı yasdıqda pəncərəyə sarı baxır. Bəlkə keçmışını xatırlamaqdadır. Bəlkə də qəlbinin ağrısından kırıx düşübdür.  Bunu bilmək olmur. Amma hər halda yaman yorqun görünür. Sol əlı ürəyinin üzərində dura qalmış. Sağ əlı isə, yataqın yanında stolda otumuş qızı Əkrəm-in əllərindədır.

Əkrəm: "Ana özünü narahat etmə, inşallah biran əvvəl toxdarsan. Durub bərabər gedərik evə." Əkrəm bunu deyib anasının əllərini öz əlləri içərısındə biraz daha sıxır. O, bununla anasını təsəllı etməyə çalışır.

Əkrəm, Ağabəyim xanımın ikinci evladıdır. Onun iki daha oğlu vardir və bircə qızı. Qızı Əkrəm 42 yaşında. O, öz növbəsındə bir anadır eyni halda. Əkrəmin 17 yaşında bir qızı yanında oturub. Adı isə Mandanadır. Ağabəyim xanım, bütün ayiləsi ilə birlikdə 20 il bundan qabaq Tehranı tərk edib Avrupaya gəlməlı olmuşlar.     

İndi xəstəxananın otaqında üç qadın var: biri Ağabəyim xanim, 75 yaşında, qızı Əkrəm 42 yaşında, və nəvəsı Mandana isə 17 yaşında. Əkrəmın yanında qızı Mandana oturub öz mobil ilə məşğuldur. Mandana da sözsüz ki, gələcəyin qadını olacaqdır. Əfsus ki, Azərbaycan əsilli olan bu qadınlar bir-bir ilə farsca danışırlar. Hansısa Avrupanın bir ölkəsinin xəstəxanasında üç Azərbaycanlı qadın biraraya gəliblər. Vəziyyətdən aydin oludr ki, Ağabəyim xanim son günlərini yaşayir. Ağabəyim xanimin fiziki ağrısından daha çox ruhi ağrısı onu incidir. Nəhayət O dilə gəlir, "Qızım Əkrəm, bax gör sənə nə deyirəm", deyə yatdğı yerində biraz diklənib sözünə dəvam edir." Atan Məmməd ilə mən Ərdəbildə evlənib bir neçə il gözəl yaşadıq, lakin işsızlıq ucəbatından iş peşində Tehrana köçməlı olduq. Orda sən dünyaya gəldin. Uşaqkən mən sənə türkcə lay-lalar və oxşamalar oxurdum. Öz anamdan öyrəndiyim gözəl Azərbaycan bayatılarını sənin qulağına pıçıldayırdım. Lakin bir neçə gün keçəndən sonra atan mənə qəzəbləndı. O mənə tapşırdı kı, day körpələrımızə türkcə öyrətmiyək. Ona görə kı, burada türkcə danışanı təhqir edirlər. Əvvələr buna etiraz eləsəm də sonralar artıq özüm də razı oldum."

Ağabəyim xanım bir dərin ah çəhərək sözünü belə bitirdı, "Qızım Əkrəm, mən gedirəm. Həyatımı mən artıq yaşadım. Amma ürəyimdə bir nisgil var. Onu demədən ölmək istəmirəm. O da bundan ibarətdır kı, həmişə arzu elirdim ki, öz uşaqlarımla türkcə danışım. Heyf ki, bu arzu ürəmimdə qaldı. Sizin haqqınızda mən bağışlanmaz bir günah etmişəm. Mənim sənə vəsiyyətim budur kı, gəl qoyma nəslimiz tükənsın. Qızın Mandanaya türkcə öyrət. Mənim etdiyim xətanı gəl bir də sən etmə. Dilimizi bilməsək nəslimiz kəsiləcək. Qızım Əkrəm, gec olmadan qoyma o gözəl anadilimiz qurbətdə mənimlə bərabər ölüb getsın."

Beş gün sonra Ağabəyim xanım xəstəxanada həyatını dəyişdı. O öldü, amma onun vəsiyyətı Əkrəm qızının qulağında qaldımı yoxsa yox, bunu kimsə bilmir. Amma hər halda nə fərq edərdı kı, axı Əkrəm özü də Azərbaycan dilindən heç nə bilmirdı. Yalnız bir-iki kəlimə. O, bununla necə öz qızına, gələcək nəsilə, öz anadilini öyrədəbilsın...

 

Turan İmanverdi

Yanvar 2010