Yerbazlıq
Yerbazlıq məfhumu iki səciyyəvi xasiyyəti daşıyır. Eynən ikibaşlı qılınc kimi. Həm düşməni kəsəbilər həm dostu! Əvvəla gəlin görək yerbazlıq diyəndə biz nəyi nəzərdə alırıq. Yerbazlıq ictimaii və siyasi anlamda doğulub boya-başa çatdığı yerin təəssubunu çəkmək deməkdir. Mədəniyyət və kültürünü mənimsəmək deməkdir, hər şeydən öncə. Bu xasiyyət sözsüz kı, insanlar arasında və əslində mədəniyyətlər arasında bəyənilən bir xasiyyətdır. Lakin milli məsələyə gəlincə yerbazlıq bir çirkin problemə dönüşür.

İki ayri və muxtəlif kültür məsələsi qarşısında yerbazlıq etmək çox da doğru bir xasiyyətdır. Ona görə kı, bu vasitə ilə bir muəyyən mədəniyyəti təmsil edən şəxs qarşı mədəniyyətin önündə öz mədəniyyətini mənimsəmək (yerbazlıq) bir mədəni silahdir əslində. Əks təqdirdə insanoğlu yabancı mədəniyyətə qarşı əliboş vəziyyətə keçib mədəniyyətindən vaz keçəbilər. Nəticə etibarilə, yumuşaq desək, çeşitlı mədəniyyətlər üzləşməsində yerbazlıq etmək öz kültür və mədəniyyətını qorumaq deməkdır. Bu ən təbii haldır.
Hərkəs bilir kı, Azərbaycan bir torpaq və bir millətdir, lakin nə yazıq ki, bir çox bölgə və əyalətlərə bölünmüşdür. Azərbaycan məsələsı təkcə torpaqların parçalanması deyil. Eyni halda höviyyət məsələsidir. Aci gerçək budur ki, yan-yörəmizi düşmənlər alıbdır. Onlar bizim höviyyətimizi məhv etmək istəyirlər. Bir tərəfdən fars şövinizmi, obir tərəfdən rus emperiyasi və başqa tərəfdən isə qərb mədəniyyətı. Bu hucumlara qarşə yerbazlıq etmək və öz doğma mədəniyyətini mənimsəyib qorumağa çalışmaq hər bir azərbaycanlınin borcudur. Mədəniyyətin qorunmasını yalnız dövlətlərə biraxmaq olmaz. Hər vətəndaşın gündəlik vəzifələrindən biri məhz bu olmlıdır ki, ata-bablardan miras qalan mədəniyyəti var gücümüzlə qoruyub saxliyaq. Elə burada yerbazlıq xasiyyəti araya girər. Burada yerbazlıq geniş mənada işlədilir. Bu mənada yerbazlıq mentaliteti həmən milli şüur, milli təəssub demekdir. Lakin mədəniyyət-içi yerbazlıq bir çox hallarda pis xasiyyətə çevrilir və yersiz düşmənliklərə gəlib çıxardır.
Yerbazlıq məsələsı qurbətçı Azərbaycalılar arasında xoşagəlmiyən pis xasiyyətlərdən sayilir. Qurbətdə yaşıyan yurddaşların əsas problemlərındən biri, şüphəsiz ki, öz doğma milli höviyyətini və kültürünü qorumaqdan ibarətdır. Gəldiyi bölgə və şəhərindən asili olmayaraq hər azerbaycanli üçün yalnız bircə milli mədəniyyət movcuddur, o da azərbaycan mədəniyyətidir. Mədəniyyətin muxtəlif dalları vardır ocümlədən musiqi, ədəbiyyat, folklor, kulinariya və s. Mədəniyyət deyilən anlam ayri və cüzi fərqləri ayird edib atmaz. Özündə birləşdirib onlari gücləndirər. Azərbaycanın çox sayili şəhər və kəndlərinin (güney vəya quzeyin) özünə xass muxtəlif adət-ənənələri, dil ləhcələri və sayirə özəlliklərinin olması əslində onun zənginliyindən xəbər verir və eyni halda bu fərqlər mədəniyyətimizin gözəlliyidir. Burada heç birini obirisinə tərcih vermək vəya üstün tutmaq olmaz, bütöv azərbaycan mədəniyyəti söz qonusu isə.
Qurbətdə yaşiyan biz Azərbaycanlılar üçün güneyin və quzeyin anlamı yoxdur. Bizim üçün təkcə Azərbaycan vardır. Burda, bu qərib məmləkətlərdə quzey vəya güney deyib yollari ayirmaq heç də doğru deyil. Hər iki tərəfdən gələn insanlar və qonaqlar bizim üçün əzizdir. Onlara bir gözlə baxmaliyiq. (Gərçi, siyasət aləmində güney vəya quzey politikasının işlədilməsı anlaşılandır). Bütöv mədəniyyətə gəlincə azərbaycanı parçalamaq və yerbazlıq etmək düşük səviyyəlı adamların işidir. Buna yol vermək olmaz. Azərbaycan mədəniyyəti çox əlvandır, amma birdir.
Kərim Azəri
Sentyabr 2009