Hanı bu azərbaycanlılar?

Bəzən soru sormaq soruya cavab verməkdən qat-taq çətin olur. ”Hani bu Azərbaycanlılar?” sorusu da o çətin sorulardandir ki, biribirin ardınca bir çox məsələni və əslindəb bir çox soruyu özüilə bərabər gətirir.

Hani bu azerbaycanlilar?

Hanı sözün iki anlamı var: harda və nida əlaməti olaraq geçmişə işarətdir. Bu yazida mən birinci anlam haqqında danışacam. Hanı bu azərbaycanlılar? Nədən bu soruyu soruruq? Soru əslində qurbətdə yaşiyan azərilər tərəfindən səslənir, yürddakilar deyil. Bu, aydın məsələdı. Ona görə kı, hər səbəbə əsasən, qurbət ellərə düşüən bir millətin evladları təbii olaraq bir-birlərini axtarıb ararlar. Nəyə görə? Ona görə ki, vətənə olan həsrətlərini gidərsinlər. Ona görə ki, doğulub boya-başa çatan və doğma torpaqdan qıdalanan insanlar yadellərə çətin alışarlar və ürəkləri hər zaman vətən üçün əsər. Bu ”adı” səbəbdən dolayi eyni kültürdən olan insanlarin birbirlərinən əlaqə qurması mədəniyyətin ən bəsit qanunudur. İndi belə bir suvali vermək olar ki, bu qanun aya biz azərbaycanlilara da şamilmidir?  Bu barədə cavab verməkdə çətinlik çəkirəm.

Bu yazıda mən birbirinə bağlı iki məsələ üzərində duracağam. Birinci məsələ bundan ibarətdir ki, niyə biz azərbaycalılar birbirilə əlaqə qurmaq istəyirik və ikinci məsələ isə budur ki, bəs niyə birbirimizi tapabilmirik.

Qloballaşma prosesinin afətlərindən biri milyonluq muhacir kütləsinin artmasdır. Yəni doğma vətəni biraxıb, hər səbəbə görə, qurbət ellərdə yaşamaq. Biz azərbaycanlilar da bu kütlənin bir ümdə parçasıyıq. Bizlər qurbət o qədər də yad bir söz deyil. Çünkı nəsillər boyu qurbətdə yaşmaq bizim artıq kültürümüzün bir hissəsi olubdur. Bu məsələ özü özlüyündə geniş bir mubahisə məsələsidir ki, bu yazinin xaricindədir.

Biz Azərbaycanlılar birbirilə əlaqə qurmaq istəyirik ona görə ki, birimizə ehtiyacımız vardır. O, hansı ehtiyaclardır ki, bizi birbirimizi axtarmağa sovq edir. Mən belə düşünürəm ki, bu soruya ətraflı və obyektiv cavab verəbilsək yuxarıda söylədiyim ikinci məsələnin də cavabi avtomatik olaraq taplımış olacaqdır.

Ehtiyacları iki əsas kateqoriyaya bölmək analız nöqteyi-nəzərindən çox əhəmiyyətı vardır. Şəxsı ehtiyaclar və milli (umumi) ehtiyaclar. Şəxsı ehtiyaclar sırasında qıda, sevgi, məişət həyatın ən bəsit və vazgecilməz ehtiyaclarindandır kı, sonrakı sosyal və mədəni ehtiyacların fövqundə durur. Bu əsas ehtiyacları qarşılamadan ikinci bölüm ehtiyaclarını təmin etmək namümkün olmasada çətin problem olacaqdır deyə düşünürəm. Başqa sözlə demək olar kı, saysız-hesabsız başqa ehtiyacları təqribən həmən-həmən hamısını yuxarıdaki sıraladığım əsas ehtiyaclara yendirmək (redution) olar. Azərbaycanlılar əsas ehtiyaclarını təmin etmək üçün milli zəmində əlaqə qurmağa səbəb görmürlər. Ona görə kı, bu ehtiyacları dünyanın hər bir bucağında yaşasalar da öhdəsindən gələbilirlər. Bu iş necə və nə təhər?

Azəri vətəndaşlar qabliyyətlı və ərkən alışqan olduqlarına görə vardığı hər məmlələtın dil və kültürünü, qanun və qaydalarını dərhal öyrənərlər və bu yolda çətinlik çəkməzələr. Bu səbəbdən dolayi milli zəmində birbirlərilə əlaqə qurmağa da ehtiyac duymazlar. Bəs başqa ehtiyaclar silsiləsindən olan höviyyət, nostalqiya, milli dəyərlər və sayirəyə gəlincə bizimkilər necə bu ehtiyaclarini təmin etməyə çalışarlar. Əslində soruyu belə qoysaq daha doğru olar deyə dşünürəm ki, bizim vətəndaşlar adın çəkdiyim ehtiyaclari ehtiyac kimi görərlər yoxsa yox. Mən belə  düşünürəm ki, həm öz torpaqlarinda (günüy azərbaycan) və həm də qurbətdə nəsillər boyu assimilə siyasətinə məruz qalmiş azerbaycan kütləsı qurbətə gəldiyi zaman azəri vətəndaşı kimi yox bəlkə asimilə olmuş bir şəxs və kütlə kimi yadelə ayaq basir. Elə bu səbəbdən ötəri bir ”hazır asimilə olmuş” fərd kimi yetişir. Bəzən buna manqurt da demək olar. Nəticətən xaricdə yaşiyan milyonluq azərbaycanlılar asimilə epidemiyasina duçar olmuş bir kütlə təbii olaraq milli sahədə heç bir ehtiyaca gərək duymur və yaşadığı sistəmin bir çalışqan elementi kimi manqurt-manqurt yuvarlanıb gedır.

İnsanların birbirilə əlaqə qurması dedik ki, şəxsı və milli ehtiyaclardan ötəridir. Lakin bunu da unutmamaq olmaz ki, ehtiyaclar əslində bəzi muəyyən dəyərlərdən irəli gərlir. Mədəni insanin dəyər verdiyi şeylərin ehtiyac olacaqı apaydir. Bir sözlə, dəyər verilən şey ehtiyaca dönüşür. Və o ehtiyacları təmin etmək üçün əlaqə sisteminə daxil edilir. Fərdı əlaqələar sosyal əlaqə, mədənı əlaqə və sayirə.

Çox sayıda qurbət ellərdə yaşiyan azəribaycanlıların bərbad bir vəziyyətdə zəif əlaqələari isə bu səbəbədır ki, onlar dəyər və ehtiyaclar sistemində milli dəyərlərin yeri boşdur. Nəticə etibarilə də əlaqələr qurulmur və ilişgilər yaranmır. Söyləndiyi milli zəmində əlaqəsizlik göründüyü kimi milli şüurdan yoxsun olan kütləyə aid edilir. Bəs ”milli süuru” olan insanlarimiz niyə birbiri ilə əlaqə qurmaqda meylsizdilər. Bu məsələ isə başqa yazini movzusudur ki, inşallah yaxın gələcəkdə. 

Kərim Azəri