Gənc filosofa mektub
"Solidum petit in profondis"
Sevgili gənc və milli filosof Güntay bəy,
Azərbaycan aydını sizin maraqli yazilarinizla internet vasitəsilə tanışdır. Siz, bizim güney azərbaycanın öz xalqına arxalanan gənc filosofusunuz, bir milli filosof, təbir cayizsə. Son günlərdə sizi milli televiziyonumuz GünAz-in ekranlarında görürük və sevinirik. Mən buna əminəmki, sizin çox qiymətlı araşdirmalarınız və fikirləriniz cənubi Azərbaycanın milli qurtuluş hərəkatına faydaları olmuşdur və olacaq da. Yəqinki ki, güneyin əzabkeş anaları sizin kimi daha necə-necə gənc milli filosoflar ərsəyə gətirəcəklər.
Sevgili filosof, sizin milli araşdirmalarınız və fikirlərinizə dərin hörmətlə yanaşı bir neçə qardaş-tənqidi məndən qəbul etmənizi xahish edəcəkdim. Sizin, telviziyon ekranlarinda ifadə etdiyiniz doğru fikirlərinizi belə, cəmmiyyətimiz anlamaqda çətinlik çəkir. Bunun da əlbət öz obyektiv səbəblərı vardır. Bunu yəqin gəbul etmək olar ki, çox dərin və qəliz fikirləri sadə dillə ifadə etmək olduqca çətindir, ancaq tərsı mümkün olarsa özü də bir hünərdir şüphəsiz. Mən sizin ekran çıxışlarınızı dönə-dönə izləmişəm. Etiraf edirəmki, söhbətlərinizə doymaq olmur.
Sevgili Güntay, siz yaxşı bilirsiniz ki, milli mubarizə meydaninda hər aydına borcdurki, sirf aydin təbəqəsinə deyil, bəlkə umumxalqa xətab edəbilsin. Belə olduğu təqdirdə milli mubarizə öz hədəflərinə daha tez bir vaxtda və muəssir bir şəkildə çatabilər. Ona görə də xalqın anlayacağı bir dildə danışmaq aydın təbəqəsinin ümdə və bəkə birinci vəzifəsidir. Bir də ona görə ki, kütləvi informasiya vasitəsi o cümlədən televiziyon ekranı kütlənin təfəkkür formasıdır. Bu həqiqətı bilərək qəliz fikirləri xalqın anlayacağı dillə ifadə etmək retorik cəhətdən çox önəmlı vı vacibdir. Əksi təqdirdə aydınlarımız istənilməyən təcrid vəziyyətinə duçar olabilər və bu da sözsüz ki, arzuolunan deyil.
Sevgili filosof, aydin təbəqəsini umumxalq təqəbəqəsindən ayiran amil dildir. Bildiyiniz kimi, aydının diskurs ilə xalq disursu bir-birinə uyuşmazdir. Lakin milli mubarizə məfkurəsı icab edirki, aydin bu maneəni aşsin, əksi təqdirdə o aydın artıq aydın olabilməz. Ona görə xalqın dili ilə danışmaq nə eybdir və nə də səviyyəsizlik. Biz bunu yaxşı bilirik ki, bizim millətin dili məhv olmağa uğradılıb. Dilimizi küçə-bazar dilinə çeviriblər. Elm və mədəniyyət dilimizi yaşatmğa qoymayiblar. Güneydəkı medyalarda danışılan dil isə bir eybəcər dilə çevrilib. Belənçi bir vəziyyətdə aydınlarımızın vəzifəsi ondan ibarətdirki, əsil doğma dilimizi yaşatmağa çalişsin və onu xalqlaşdirsin. Ancaq məsələ bursindadir ki, itib-batmış əsil dilimizi necə mənimsəyib umumiləşdirmək mümkündür? Məslə bundan ibarətdir: xalqdan təcrid olmamaq şərtilə həqiqətləri və milli şüuru xalqa necə etgili bir şəkildə intiqal etmək olar? Buna necə nayil olunabilər?
Hər elmin və hər sənətin bir "elifbası" var. Və elifbasını bilməyən şəxs çətin ki, o sənəti öyrənəbilsin. Azərbaycan türk millətinin aydınları öz milli vəzifələrinə yaxşı bələddirlər. Aydınlarımızın vəzifəsı xalqı öz milli höviyyətinə qovuşdurmaqdır. Milləti əsarətdən qurtarmğa və hürr yaşatmağa sovq etməkdən ibarətdir. Lakin problem burasindadir ki, xalqla aydin munasibətlərində zaman-zaman bir maneə yaranır. Və o maneə isə dil məsələsidir. Məsələ burasindadir ki, bir çox hallarda xalq kütləsı aydının işlətdiyi dili qəribsəyir və aydının nə demək istədiyini anlayabilmir. Bu problemin birinci təqsirkari şüphəsiz ki, fars şövinizmidir. Lakin yalnız sövinizimi pisləməklə iş bitmir axı. Müşgül burasındadır ki, aydın haqlı olaraq çalışir ki, millətə olan zülmü, öz himmətilə öyrəndiyi, əsil dillə xalqa anlatsin ( və bu şivədə o da haqlıdir, niyə ki, əslə-dönüş özü bir mubarizə simboludur), digər tərəfdən də farslaşdırılmış dilə alışmış xalq kütləsı isə aydının dilini başa düşmür. Bu problemi necə həll etmək olar? Xalqla aydın munasibətlərini necə tənzimləmək mümkündür? Xalqın dili ilə aydının dilini barışdirmaq olasıdır yoxsa yox?
Məsələ çox sadədir: xalq kütləsı aydının "çətin" dilini (əsil azərbaycan dili) başa düşmür. Bəs nə etmək lazim? Problemin həlli bundan ibarətdir ki, aydın təbəqəsı "çətin" dilini biraz "yumuşaldib və onu xalqın küçə-bazar dilinə yaxınladabiləbilsin. Milli mubarizədə aydin təbəqəsı vəsilə ilə hədəfin ayirmasını bilməlidir. (Gərçı Azərbaycan milli qurtuluş mubarizəsində dil (vəsilə) özü həm də bir hədəfdir). Lakın bu muqəddəs hədəfə varmaq üçün bəzən güzəştə də getmək lazımdır. Çün bu güzəşt nəhayətdə milli qurtuluşün xeyri üçündür. Mən belə düşünürəm ki, bu hətda güzəşt də belə deyil, bəlkə ən doğru şivədir. Bu fikrimi əsaslandirmaq üçün bir arquman gətirmək istərdim. Latin dilində bir ibarə var: "Solidum petit in profondis". Tərcüməsı təxminən belədir: "Binövrəsı möhkəm olan qəvvas daha dərinliklərə cumar." Bu arqumanı çalışiram ki aşağıdakı paraqrafda izah edirm.
Hörmətlı Güntay bəy və sevgili aydınlarımız
0,1,2,3,4,5,6,7,8,9. Bu rəqəmlərı bilməyən şəxs 10-u və daha yuxarını da biləbilməz. Aydın və kütlə münasibətlərinə gəldikdə isə. Dilimizin əsas kəlmələrını və ibarələrini bilməyən və öyrənməkdə olan az, lakin mənimsənmiş yeni sözlərı özünə mələkə etməyən cəmmiyyət çətin ki, yeni məfhumlar və yeni sözlər öyrənsin. A-ni bilməyən B-yi biləbilməz. Ona görə yeni sözlər və yeni təcrubələr və yenı məfhumları ancaq yəqin bildiyimiz ibarələrin əsasında qurmaq olar. Dil ilə düşüncə ayrılmaz ünsürlərdır. Başqa sölə dilsiz və sözsüz düşünmək belə qeyri-mümkündür. Buna əsasən binövrəsı möhkəm olmayan dilin üzərində bina qurmaq mümkün olsada o bina tez dağılabilər. Aydınlarımızla xalq arasında dil binövrəsı isə hər iki təbəqənın verdış edilmış və alışılmış sözlər və ibarələrdən təşkil tapdığı olmalıdır. Mən inaniram ki, ən qəliz və çətin məfhumları sadə dillə izah etmək olasıdır, ancaq biraz təvazukarlıq və mətanət hər şeyi həll edər. Təcrübə etməyə dəyər.
Sevgili Güntay bey, sözümün sonunda sizin bir ifadənizə də toxunmaq istərdim. Siz belə düşünürsüz ki, milli qurtuluş hərəkatına şer və poeziya yox, bəlkə daha çox nəsrlə yazılan mətnlər lazimdir. Buna görə də şayirlərimizdən dəvət edirsiz ki, şerı birxib nəsrə (düz yazıya) başlasınlar. Sevgili filosof, siz bu haqda məncə yanlış düşünürsüz. Mənə görə azərbaycan milli qurtuluşünun bu mərhələsində bizə daha çox lazım olanı millı motivasiyondur. Və bu milli mutivasiyon əldə olunmaz illa poeziya gücü ilə. Bu səbəbdən bugün bizə hər şeydən çox lazim olan inanin ki, nəsr deyil, bəlkə şer və poeziya növləridir. Ona görə ki, milli birlik və milli oyanış üçün hər zamandan artıq milli hisslərin və milli duyquların oyanması lazımdır. Bunu bilməliyiki, ağıl ayirandir, duyqu isə birləşdirən. Və birliyə aparan yol ancaq milli hissilərlə dolu poeziya yoludur.
Hörmətlı Güntay, doğma televiziyonumuz GünAz-in ekranında hər zaman sizi görmək umidilə.
Hər zaman təfəkkürdə olun və çalışın salamat qalın.
Sevgi və sayqılarla
Kərim Azəri