Gənc filsofa ikinci məktub

"Kill your darling!"

Güntay bəy, siz, şüphəsiz türk və islam fəlsəfəsində çox geniş və dərin bilgiyə sahibsiniz. Azərbaycan milləti sizin kimi araşdırmacı və aydınlara həmişə ehtiyacı olmuşdur. Güney Azərbaycan milli hərəkatının bu həssas dönəmində də sizi bilgiləriniz bizim üçün yəqin ki, lazımdır. Ancaq məsələ burasindadir ki, azərbaycan aydını bilgisini yerində və vaxtında istifadə edəbilməsə o bilgilərin artıq dəyəri qalmaz.

Sevgili Güntay, deyilənlərə görə Səttarxan savadsız bir adamıdi. Amma biz yaxşı bilirik ki, o milləti üçün böyük bir insan idi. O, savadsız olsa belə, min alimin başarabilmədiyi işi başardı: qəhrəmancasına ədalətsizliyə qarşi savaşdı və şəhid oldu. Və nəhayət bütün azərbaycan türkünün qəlbində yer aldı. Babək isə öyle. Babək hər nə dinə və hər dünya görüşünə sahib olsa da xarici işqala qarşı savaşdi və qəhrəman kimi şəhid oldu. Sevgili Güntay, "hər şeyi qurdalasan, qurdu çıxar". Azərbaycan millətinin qurtuluş mubarizəsində qəhrəmanların öz məqamı var. Milli mubarizlərimiz öz tarixi qəhrəmanlarından ilham alırlar və düşmənə qarşı döyüşlərdə zəfərdən-zəfərə addımlaryirlar.

Güntay bey, milli mubarizənin bu həssas dönəmində durub da hər hanısa bir şəxsiyyətimiz barədə hansısa mənfı vəya "vaxtsız" söhbət açmanın nə luzumu vardır?Güntay bəy, siz akademiksiz. Çoxlu mutaliələriniz  və təhqiqləriniz olmuşdur. Ancaq bu təhqiqlərinizi bəyan etməkdə məncə əzab çəkirsiniz. Mən sizə dərs vermək niyyətində deyiləm. Haşa!. Ancaq sizə xatirlamaq istərdimki, akademik mühitdə təhqiqatçılar geniş təhqiqatlarını tənzimləyib sahamana salmaq üçün və eləcədə təhqiqin nəticələrini muxatibə ərzə etmək üçün (məruzə) muəeyyən bir elmi metodiyadan istifə edərlər həmişə. Metodun adi budur: "Kill your darling". Bu metoda əsasən hər bir akademik çalışar ki, təhqiq dayirəsini olduqca məhdud etsin və məhz o sahəyə diqqət yetirsin. Niyə ki, tehqiq prespetivi, bilindiyi kimi, çox genişdir. Ona görə təhqiq mozusunu dəqiqləşdirmiyən araşdırmacı çox çətinliklərlə üzləşəbilər.

Digər tərəfdən, bir akademik çalışar ki, tədqiqatin nəticələrini muxatibə ərzə etmək üçün eyni şivədən istifadə edə. Bu mənada ki, movzudan xaric olmamaq şərtilə muxatibin diqqətini yalnız muəyyən movzu ətrafina çəkəbilsin. əksi-təqdirdə həm özü həm də muxatib çaş-baş qalar. Sevgili

Güntay, Babək qalasına yürüş ərəfəsindəyik. Milli mubarizlərimiz Babəkin timlasindan ilham alib milli iradə ilə yürüşə hazırlanırkən siz telviziyon ekranına çıxıb da Babəkı haqqında qeyrı-muəyyən məruzə etməniz nə milli hərəkatın xeyrinədir nə də elmi-təhqiqi sahənın. Açığın deyim ki, sizin çox movzularda genış məlumatınız var, ancaq hər akademik şəxsə lazım olan retorik elmindən yoxsunsuz. Bəlkə bu barədə biraz vərdiş edəsənız.

Sevgi və sayqılarla
Kərim Azəri