Milli Seminar
Bəyaniyyə
Güney Azərbaycan milli qiyamin ildönümü və eləcə də Güney Azərbaycan Demokrat Partiyasinin (GADP) təsis mərasimi üçün milli seminar təşkil ediləck.
Hörmətlı vətəndaşlar,
Apartayd və şövinizmə qarşı Güney Azərbaycan milləti 2006-ci ilin may ayinda (22 xurdad 1385) on gün ərzində coşqulu anlar yaşadı. Qiyamin b qədər genş vusət alıb kütəviləşməsı əlbətdə heç də təsadufi deyil. Ona görə kı, güney Azərbaycan İran inqilabdan (1357) bəri dəvamlı olaraq hərtərəflı siyasi-ictimaii və xusuən iqtisadi zülmlərə məruz qalmışdır. Bu zülmlərə dözməyən Azərbaycan milləti İran fars hakimiyyətinin qıcıq karikatur hadisəsini bahana edərək milli iradəsini göstərdı.
Azərbaycan milli hərəkatının May qıyamı bir daha sübut etdı kı, Azərbaycan milləti öz milli-insani haqlarının geri alıması uğrunda dağları tərpədər. Güneyin bu milli qiyaminda millətin ən əziz və məsum balaları Təbriz, Urmu, Sulduz və başqa şəhərlərdə iran şövinist rejimin mərmilərinə tüş gəldirlər. Nəticəcədə onca ölü, yüzlərcə yaralı və minlərcə həbs olunub işgəncələrə məruz qaldılar. Onların günahı yalnız bu idi ki, öz doğma milli höviyyətlərindən mudafiəyə qalxmışdılar.
Bununla Azərbaycan milli hərəkatı yeni mərhələyə öz damqasını vurur. Güney Azərbaycan türk milləti hər zamankından daha çox oyaqdır və dünyada gedən prosesləri bütün diqqətilə izləyir. Bunları nəzərə alaraq güney Azərbaycndan olan bəzi faal insanlarımız güney Azərbaycan milli hərəkatını gündəmdə saxlamaq, quvvətləndirmək və xalqımızın milli hakmiyyətini əldə etmək üçün səfərbər olub Azərbaycan Demokrat Firqəsinin dəvamiyyəti olaraq yeni bir siyasi partyanın təməlini qoymaq niyyətindədilər.
Sevgili soydaşlar,
Yuxarıda qeyd olan milli-muqəddəs amacımızı göz önündə tutaraq Güney Azərbaycan Demokrat Partyasinin yaranmasını qəraraə almışıq. Bu munasibətə Sued-in ikinci böyük şəhəri Yöteborg şəhərində seminar teşkit edilmişdır.
Bilgi üçün əlavə etməliyik ki, seminar Azərbaycan türkcəsində olacaq. Hərkəs dəvətlidir. Bunu da qeyd edək ki, seminar eyni anda canlı olaraq Paltalk-dan da efirə veriləcək.
Zaman: Cümə, 22 May 2009, Saat: 16.00 – 20.00
(Ekstra: axşam yeməyi və konsert: saat 20.00-24.00)
Məkan: Göteborg sävedalen östrafjällv – församlinghus
Ətraflı bilgi üçün tlf bağlantısı: 0707381466
Güney Azərbaycan Demokrat Partyası
(Muəssislərin Hazırlıq Komitəsı tərəfindən – Yöteborg, Sued)



