22 may milli oyanışdan
28 may milli qurtuluşa gedən yol
Güney Azərbaycan milli qiyaminin 3-cü ildönümü qutlandı.
GADP'nin təsis qurultayi başarilə başa çatdı.
Mətbuat konferansi üçün
22 May 2009 İsveç - Göteborg
Güney azərbaycanın yeni siyasi partiyasi yarandı
22 May Güney Azərbaycan milli qiyamin 3-cü ildönümü qeyd edildi
Cümə 22 May 2009 tarixində milli qiyamin 3-cü ildönümü münasibətilə yeni yaranmış siyasi partiya GADP (Güney Azərbaycan Demokrat Partiyası) seminar təşkil etmişdir. Seminar gözəl qarşılandı. Tədbirə gələnlərin faal iştiraki hamini sevindirdi. Seminarda milli qiyam haqda çıxışlar oldu və ikinci hissədə isə GADP-nin təntənəlı təsis mərasimi keçirildi.
22 may milli qiyam haqda təşkil edilən seminar iki bölümdən ibarətidi. Brinci bölümdə tanınmış bir çox Azərbaycan milli təşkilatlarin təmsilçiləri, habelə türk cəmiyyətlər və eləcə də İran adlanan məmləkətin qeyri-fars millətlərinə aid milli təşkilatlarin nümayəndəri də dəvət olunmuşdular. Azərbaycana ayid milli təşkilatların təmsilçiləri bunlardır:
Böyük Rəsuloğlu (Dünya Azərbaycanlıların Haqlarının Mudafiyə Komitəsı)
Mahmid Bilgin (Güney Azərbaycan Demokrat Partiyası)
Əjdər Təqizadə (DAK)
Eldar Qaradağlı (Qurtuluş Cəmiyyəti)
Manaf Səbəbı (Araz Cəmiyyətı)
Dr. Hüseyn Yəhyayi (Akademik)
Araz Fənni (İnsan Haqları təşkilatı)
Seminar Azərbaycan milli himni ilə işə başladı. Seminarın ilk natiqi Böyük bəy Rəsuloğlu oldular. O, milli qiyamda əsas şüar kimi səslənən ”Haray haray mən türkəm” süari ətrafinda danışib dəyərləndirmələr apardı və milli məna daşiyan bu kimi süarların əhəmiyyətini milli qurtuluş hərəkati üzərində danışdı. Böyük bəy Rəsuloğlu eyni halda təkid etdilər ki, defakto iranda yaşiyan və fars şövinizminin zülmünə məruz qalan başqa millərlərin də problem və istəkəri eyni olmuşdur.
Seminarn ikinci natiqi Manaf bəy Səbəbidir. O, milli qiyamdan alınan dərslər mövzusunda bəhs etdilər. Keçmiş inqlablardan fərqli olaraq 22 may milli qiyamin böyük əhəmiyyətə malik olduğunu vurğuladılar. O, milli qiyamı üç cəhətdən ələ alib dəyərləndirmələr apardı. Psykologi cəhətdən milli qiyamin kütlədə biraxdığı geniş təsirdən danişib təşikat məsələsinə gəlincə qiyamin milli təşkilatlara verdiyi dərslərdən söhbət etdilər və bu istiqamətdə milli vəzifə və məsuliyyətlərin əhəmiyyətindən söz açdı.
Seminarin üçüncü natiqi DAK təşkilatin numayəndəsı Əjdər bəy Təqizadə idilər. O, nitqinə başlamdan qabaq bəzi milli təşkilatlari qinayaraq dedilər ki, ortaq məsələrdə kiçik fərqlərə yol vermək olmaz və hər təşkilatın borcudur ki, bu sahədə birliklərini qoruyabilsinlər. Ajdər bəy seminarin təşkilində böyük rolu olan Mahmid bəy Bilgindən xususi təşəkkür etdilər. Ajdər bəy 22 may 2006-ci il qiyamının milli qurtuluş hərəkatının siyasiləşməsində rolu üzərində geniş bəhs etdilər.
Növbətı natıq Qurtuluş Təşkilatının sözcüsü Eldar Qaradağlı bəyləri 22 may milli qiyamin ideoloji təməlləri istiqamətində bəh etdilər. O, təkid etdi ki, milli təşkilatlanma və milli mubarizədə türkçülük prinsipləri əsas amil kimi götürülməlidir.
Sonrakı çıxışcı akademik H.Yəhyayi cənabları oldular. O, milli qiyama akademik baxışdan nəzər saldılar və milli qiyamin güney Azərbaycan milli azadlıq hərəkatında bir dönüş nöktəsı kimi dəyərləndirdilər. Yəhyayi cənabları milli qiyami, geniş qlobal qiyamların ortaq karakterlərini ortaya qoydular və qiymətləndirdilər.
Növbətı natiq Fənni cənabları 22 may milli qiyaminda və eləcədə umumən milli qiyamlarda millilik keyfiyətinə nəzər edərək bu keyfiyyəti güney qiymaindan çıxardıb atrmaq olmaz dedilər. O, əlavə etdi ki, insan haqları mubarizəsində milli istəklər bir millətin təbii haqlar kateqoriyasina ayiddir.
Sonuncu natiq Güney Azərbaycan Demokrat Partiyasinin muəssislərindən Mahmid bəy Bilgin cənablari oldular. O, bugüngü milli qurtuluş hərəkatinda əsas rolu olan 22 may milli qiyamin əhəmiyyəti üzərində söhbət edərək güney Azərbaycan milli azadlıq hərəkatinin zirvə nöktəsi kimi dəyərləndirdilər. Bilgin bəy eyni halda öyrənci hərəkatının milli qiyamın önəmlı tərkib hissəsı və başlanqıc mərhələsə kimi adlandılar. O, milli qiyamin 3-cü ildönümü ərəfəsində güney Azərbaycan şəhərlərində o cümlədən Təbriz və Urmuda bu saatlarda baş verməkdə olan hadislərin məlumatlarını seminarda iştirak edənlərə ötürərək milli qiyamin aktullalığı haqda məlumat verdilər. Bilgin bəy eyni halda milli qiyamin əsas hədəfini, yəni milli qurtuluş məfhumunu israrla vurğuladılar.
Məlumat üçün demək lazimdir ki, seminarin bütün gedişatı canlı olaraq internet vasitəsilə yayilirdı. Seminarın fasilədən sonrakı bölümündə Paltak və Beylux vasitəsilə seminari canlı izliyən güneylı yurddaşlarımız milli qiyam və milli təşkilatlarımız haqda fikirlərini deyib və sorularını panel iştirakçılarına yönəltdilər.
Seminarın elə bu hissəsində qeyri-fars təşkilatlarından ibarət olan başqa millətlərin də numayəndələri qissa şəkildə və öz dillərində (tərcümə olaraq) milli qiyamla bağlı fikirlərini bildirib və Azərbaycan xalqına həmrəyliklərini dilə gətirdilər. İştirak edən qeyri-fars təşkilatlar və eləcədə başqa türk təşkilatlar aşağıdakılardan ibarət olmuşdur:
Arif Rəhim oğlu - Yazar və araşdırıcı
Sami Görgülü (İseç Türk İşçı Dərnəkləri Federasyonu)
Yasin Ghobishi (Əhvaz Ərəb Həmrəylik Partiyası)
İbrahim Luskarazahi (Bəluçistan Xalq Partiyası)
Hacı Begcanı (Türkmən xalq Partiyası)
(İsveç Lorlar Dərnəyi)
Ayda xanim və Kərim bəy seminarı panel şəklində aparıcısı olmuşdurlar . Toplantı Türk və İsvəç dilində keçirildi. Ayda xanım çıxışçıların danışıqlarını İsvəç dilində qeyri-türk numayəndələrə tərcümə edirdilər
Seminarın ikinci bölümü Güney Azərbaycan Demokrat Partiyasinin təsis mərasiminə həsr edilmişdir. Bu bölümdə təntənəlı açılış oldu. Bu munasibətlə qonaqlara Azərbaycan kulinariyasi və musiqisidən ibarət gözəl bir ziyafət təşkil edilmişdir. Açılış mərasimində Mahmid bəy Bilgin güneyə ayid olan siyasi partiyanin yaranışının zərurətləri haqda iştirakçılara nitq etdilər. O, milli qurtuluş hərəkatının demokratik təməlləri və eləcədə qlobal insan haqları mövzusunda danişib onların əhəmiiyətini önə çəkdilər və partiyanin bu prinsiplərlə yanaşı milli prinsiplərin də üzərinə təkid etdilər.
Açılış törəninə Almanyadan, Danimarkadan, Norveçdən və habelə isvəçin deyişikli şəhərlərindən qatılmalar olmuşdur, özəlliklə Ərblərin, Turkmənlərin, Bəluçlarin və Lorların tanınmış təmsilçiliklərin olması toplantını daha göclü və yeni partıyamızın olumlu alınmasının göstəricisi olmuşdur.
GADP-nin məramnamə və nizamnaməsi açılışda Azərbaycan türkcəsində ( ingiliscə habelə isvəç dilində qissa olaraq) yayılmışdır. GADPnin mərkəzi şurasının DQ-nun üyələri saytımızda yoxunda açıxlanacaqlar.
Yaşasın Azərbaycan
Yaşasın GADP
Güney Azərbaycan 22 May qiyam adına və eləcədə GADP təsis mərasimindən şəkillər:

Milli himn oxunurkən

Seminar başlayir

Panel iştirakçilari

Qonaqlar

Hacı Begcanı (Türkmən xalq Partiyası)

Sami Görgülü (İseç Türk İşçı Dərnəkləri Federasyonu)

Arif Rəhim oğlu

Mahmid Bilgin, GADP təsisçisi

İsveç Lorlar Dərnəyi

Akademik dr. Yəhyayi

Yasin Ghobishi (Əhvaz Ərəb Həmrəylik Partiyası)

Fenni, İnsan Haqlari təmsilçisi

Aparicilar

Aparicilar

Qonaqlar


GADP

Qonaqlar . GADP təsis mərasimi

GADP yaranmasi elan edilir

Qonaqlar . GADP təsis mərasimi

Qonaqlar

Xatirə şəkillər




